TÜRKİYƏ SƏFİRİ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT EDİB

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Şəhidlər Xiyabanını ziyarət edib.

Səfir bu barədə öz “Twitter” səhifəsində bildirib.

“Bu gecə qərənfilin ağladığı gecədir. Bu gün günəşin doğmadığı gündür. 1990-cı il yanvarın 20-də Bakıda azadlıq, müstəqillik istiqlaliyyət və suverenlik uğrunda şəhid olan əziz qardaş və bacılarımızı hörmət və rəhmətlə yad edirik. Ruhları cənnət olsun”, – deyə paylaşımda qeyd olunub.