Rusiya Silahlı Qüvvələrinin Ukraynaya qarşı başlatdığı hərbi əməliyyatı qəbuledilməz hesab edirik. Bu hücum Minsk razılaşmalarını pozmaqla yanaşı, beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır, regionumuzun və bütün dünyanın təhlükəsizliyinə ciddi təhlükə yaradır.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
Qeyd edilib ki, ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmağın zəruri olduğunu düşünən Türkiyə sərhədlərin silah yardımı ilə dəyişdirilməsinə qarşıdır.
“Biz də Rusiya Federasiyasını bu ədalətsiz və qanunsuz hərəkətləri tez bir zamanda dayandırmağa çağırırıq. Ukraynanın siyasi birliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstəyimiz gələcəkdə də davam edəcək”, – deyə məlumatda qeyd edilir.