TÜRKİYƏ PREZİDENTİNİN YENİ BAŞ MÜŞAVİRİ TƏYİN EDİLİB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə prezidentinin yeni baş müşavirinin təyin edilməsi haqqında fərman imzalayıb.

Müvafiq sənəd “Resmi Gazete”də dərc olunub.

Fərmana əsasən, yeni baş müşavir vəzifəsinə Yekta Saraç təyin edilib. O, bundan əvvəl Türkiyə Ali Təhsil Şurasının rəhbəri vəzifəsində çalışıb.