
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin şimalındakı Tokat vilayətində yeni hava limanının açılış mərasimində iştirak edib.
Yerli KİV-in məlumatına görə, vilayətin rəhbərliyi yeni hava limanı barədə dövlət başçısına məlumat verib, sonra təntənəli açılış lentinin kəsilməsi və rəsmi açılış mərasimi olub.
Hava limanının açılış mərasimində vitse-prezident Fuat Oktay, xəzinə və maliyyə naziri Nurəddin Nəbati, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu və digər rəsmi şəxslər də iştirak ediblər.