TÜRKİYƏ PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN MİLLİ QURTULUŞ GÜNÜ MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINI TƏBRİK EDİB

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Türkiyə Prezidentinin “X” sosial şəbəkə hesabında bununla bağlı paylaşım edilib.

Paylaşımda deyilir: “Can Azərbaycanın 15 İyun – Milli Qurtuluş Gününü ən səmimi hisslərimlə təbrik edir, bütün azərbaycanlı qardaşlarıma salam və məhəbbətimi çatdırıram. Yaşasın Azərbaycan!”.