Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Türkiyə arasında müdafiə sənayesi, enerji və mədəniyyət sahəsində əməkdaşlıqla bağlı imzalanan 3 sazişi təsdiqləyib.
Bu barədə “Resmi Gazete” məlumat yayıb.
Həmin sənədlər 25 fevral 2020-ci ildə Bakıda imzalanmış “Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Anlaşma”, 31 oktyabr 2017-ci ildə Bakıda imzlanmış “Türkiyə Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti Arasında Müdafiə Sənayesi Anlaşması”, 25 aprel 2018-ci ildə Ankarada imzalanmış “Türkiyə Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti Arasında Mədəniyyət Mərkəzlərinin Qurulması, İstismarı və Fəaliyyətləri Haqqında Anlaşma”dır.