TÜRKİYƏ PREZİDENT ADMİNSTRASİYASINA MƏXSUS 2 TƏYYARƏ ZƏLZƏLƏ BÖLGƏSİNƏ GÖNDƏRİLİR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə zəlzələ bölgəsinə axtarış-xilasetmə və tibb işçilərinin köçürülməsi üçün Prezidentliyə aid 2 təyyarə ayrılıb.

Bu barədə Türkiyə KİV-ləri məlumat verib.

Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə zəlzələ bölgəsində işləmək üçün axtarış-xilasetmə və sağlamlıq qruplarına ayrılan təyyarələrdən biri Adıyaman, digəri isə Kahramanmaraş istiqamətinə yola düşüb.

Bölgəyə gedən təyyarələrdə kardioloqlar, ümumi cərrahlar, ürək-damar cərrahları, neyrocərrahlar, ortopedlər, doğum həkimləri, tibb bacıları və AFAD texniki işçiləri var.