TÜRKİYƏ PREZİDENT ADMİNİSTRASİYASI: ANKARA-BAKI MÜNASİBƏTLƏRİNİN DİNAMİKASI BÖLGƏNİN RİFAHI ÜÇÜN ƏHƏMİYYƏTLİDİR

Ankara və Bakı münasibətlərinin dinamikası bölgənin rifahı üçün əhəmiyyətlidir.

Bunu Türkiyə Prezident Administrasiyasından (PA) deyiblər.

“Əlaqələrimizin hər sahədə inkişafı sadəcə iki qardaş ölkənin deyil, eyni zamanda, region ölkələrinin də rifahına xidmət edir”, – deyə administrasiyadan bildiriblər.

Açıqlamada o da qeyd olunub ki, bu gün hər iki dövlət siyasi arenada güc qazanmaqla yanaşı, qlobal enerji layihələrinə də imza atıb.

“İki qardaş ölkənin bir-birini dəstəkləmədiyi sahə yoxdur. Bundan sonra da əvvəlki illərdə olduğu kimi, sıx əməkdaşlıq edəcəyik”, – deyə Türkiyə PA-dan vurğulayıblar.