TÜRKİYƏ PARLAMENTİNDƏ ERMƏNİSTANIN AZƏRBAYCANA HÜCUMU ZAMANI QEYDƏ ALINAN POZUNTULAR MÜZAKİRƏ EDİLƏCƏK

Türkiyə Böyük Millət Məclisinin İnsan Haqlarını Araşdırma Komissiyası Ermənistanın Azərbaycana hücumu zamanı qeydə alınan insan haqlarının pozulması faktlarını müzakirə etmək üçün iclas keçirəcək.

Komissiyanın iclası aprelin 15-də keçiriləcək.

Qeyd olunur ki, münaqişə zamanı qeydə alınan hadisələrlə bağlı “Ermənistanın Azərbaycana hücumu ilə başlayan gərginlik və münaqişə müddətində qeydə alınan hüquq pozuntuları və Türkiyədəki erməni sakinlərin vəziyyəti ilə bağlı hesabat” komissiya üzvlərinə təqdim olunub.

Hesabatda Ermənistanın öz təcavüzkarlığını diplomatik sahədə də davam etdirdiyi vurğulanır.