TÜRKİYƏ ORDUSU İRAQIN ŞİMALINDA ÜÇ GÜN ƏRZİNDƏ 14 TERRORÇUNU MƏHV EDİB

Türkiyə Hərbi Hava Qüvvələrinin oktyabrın 9-dan 11-dək İraqın şimalında PKK terror təşkilatının obyektlərinə endirdiyi hava zərbələri nəticəsində 14 terrorçu zərərsizləşdirilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumatda Türkiyə ordusunun terrorçuların yerləşdiyi bazalarda onların məhv edilməsi üzrə əməliyyatların davam edəcəyi vurğulanıb. Belə ki, Qara rayonunda 8 terrorçu, Xakurk bölgəsində isə 5 yaraqlı zərərsizləşdirilib.

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, 2024-cü ilin əvvəlindən indiyədək türk hərbçiləri tərəfindən 2150-dən artıq terrorçu zərərsizləşdirilib. Eyni zamanda, onların əksəriyyəti İraqın şimalında məhv edilib.