TÜRKİYƏ MİLLİ MÜDAFİƏ NAZİRLİYİ: HEYDƏR ƏLİYEV “BİR MİLLƏT, İKİ DÖVLƏT” DEYƏRƏK QARDAŞLIĞIMIZI BÜTÜN DÜNYAYA ÇATDIRDI

Türkiyənin Milli Müdafiə Nazirliyi Ulu Öndər Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı paylaşım edib.

Bu barədə nazirliyin rəsmi “Twitter” hesabında bildirilib.

““Biz bir millət, iki dövlətik” deyərək qardaşlığımızı bütün dünyaya çatdıran Can Azərbaycanın ümummilli lideri Heydər Əliyevi vəfatının 19-cu ildönümündə hörmət və ehtiramla yad edirik” – deyə paylaşımda bildirilib.