TÜRKİYƏ MİLLİ MÜDAFİƏ NAZİRLİYİ AZƏRBAYCAN ŞƏHİDLƏRİNİN XATİRƏSİNİ YAD EDİB

Türkiyə Milli Müdafiə Nazirliyi 44 günlük müharibədə şəhid olan Azərbaycan hərbçilərinin xatirəsini yad edib.

Bu barədə nazirliyin rəsmi “Twitter” hesabında qeyd edilib.

“Qəhrəman Azərbaycan Ordusunun 2 il əvvəl Qarabağda işğal altında olan torpaqların azad edilməsi üçün başladığı və 44 gün ərzində qələbə qazandığı şərəfli mübarizənin ildönümündə qəhrəman şəhidlərimizi rəhmət və ehtiramla yad edirik”, – deyə paylaşımda bildirilib.