TÜRKİYƏ MƏDƏNİYYƏT NAZİRİNİN MÜAVİNİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İŞĞALDAN AZAD EDİLMİŞ AĞDAMA SƏFƏR EDİB

Türkiyənin mədəniyyət nazirinin müavini Ahmet Misbah Demircanın rəhbərlik etdiyi nümayəndə heyəti və rusiyalı kino mütəxəssisləri işğaldan azad olunmuş Ağdama səfər edib.

Səfər zamanı nümayəndə heyəti Ermənistan silahlı qüvvələri tərəfindən işğal dövründə viran qoyulmuş Ağdam şəhərinin qalıqları ilə, erməni vandalizminə məruz qalmış tarixi, dini, mədəni abidələrlə tanış olacaqlar.

Qonaqları Mədəniyyət nazirinin müşaviri, Kinematoqrafiya və Beynəlxalq şöbələrin əməkdaşları, Türkiyənin Azərbaycandakı səfiri və səfirlik əməkdaşları müşayiət edir.