
Yanvarın 18-də Naxçıvan seysmoloji stansiyasından 100 kilometr cənub-qərbdə – Türkiyə-İran sərhədində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 14:08-də qeydə alınan zəlzələnin ocağı 2 kilometr dərinlikdə yerləşib.
Maqnitudası 5.9-a bərabər olan zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub.