TÜRKİYƏ İLƏ ERMƏNİSTAN ARASINDA İNTERNET ƏLAQƏSİ QURULUB, VİZA PROSEDURU SADƏLƏŞDİRİLİB

Türkiyə ilə Ermənistan arasında internet əlaqəsi qurulub.

Bu barədə “TRT Haber” məlumat verir.

Qeyd edilib ki, daha öncə Türkiyə vətəndaşları Ermənistana səfər etmək üçün vizanı İrəvanın Gürcüstandakı diplomatik nümayəndəliklərindən alırdılar.

“Ermənistanla əlaqələr yox idi. İndi internet əlaqəsi yaradılıb. Əvvəllər Ermənistanda internet bütün Türkiyə üçün bağlı idi. İndi açıqdır. Konsulluq işləri də çox yaxşı gedir. Bəzi humanitar addımlar da atılır”, – deyə bildirilib.