TÜRKİYƏ HÖKUMƏTİNİN TƏRKİBİNDƏ YENİ TƏYİNATLAR OLUB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamları ilə Türkiyə hökumətinin tərkibində yeni təyinatlar olub.
“Rəsmi qəzetə”nin məlumatına görə, Dərya Yanık Ailə, Əmək və Sosial Xidmətlər naziri, Vedat Bilgin Əmək və Sosial Müdafiə naziri, Mehmet Muş isə Ticarət naziri təyin olunub.