TÜRKİYƏ HƏRBÇİSİ ANTİTERROR ƏMƏLİYYATINDA HƏLAK OLUB

Türkiyənin Tunceli vilayətində antiterror əməliyyatı zamanı bir hərbçi həlak olub.

Ovacık bölgəsində keçirilən əməliyyat zamanı yaralanan hərbçi xəstəxanaya yerləşdirilsə də həyatını itirib.

Qeyd olunur ki, hərbçinin ölümündən sonra davam edən əməliyyat zamanı jandarm qüvvələri axtarış siyahısında olan terrorçunu zərərsizləşdirib.

Bölgədə antiterror əməliyyatları davam etdirilir.