TÜRKİYƏ HƏRBÇİLƏRİNİN TÜRKİYƏ-RUSİYA BİRGƏ MONİTORİNQ MƏRKƏZİNDƏ QALMA MÜDDƏTİ UZADILIR

Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının uzadılması barədə qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.

Türkiyə KİV-lərinin məlumatına görə, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin sədrliyinə təqdim edilib.

Qeyd edək ki, atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir.