
Milliyyətçi Hərəkat Partiyasının lideri Devlet Bahçeli Türkiyə Böyük Millət Məclisinə müvəqqəti olaraq sədr təyin edilib.
Bu barədə Türkiyə KİV-ləri xəbər verir.
Qeyd edilib ki, Mustafa Şentop sədrliyi müvəqqəti olaraq məclisin ən yaşlı üzvü Devlet Bahçeliyə verib.
Xatırladaq ki, mayın 14-də keçirilən parlament seçkilərindən sonra bu gün növbəti çağırış Türkiyə Böyük Millət Məclisi fəaliyyətə başlayır. Devlet Bahçelinin sədrliyi ilə keçiriləcək ilk iclasda deputatların andiçmə mərasimi keçirləcək.