
Türkiyənin zəlzələ olan 10 vilayətində fövqəladə vəziyyət rejimi barədə qərar Türkiyə Böyük Millət Məclisində qəbul edildi.
Bu barədə Türkiyə KİV-ləri xəbər verir.
Qeyd edilib ki, Türkiyədə zəlzələ olan bögələrdə 3 ay müddətinə fövqəladə vəziyyət rejimi olacaq.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Xeyli sayda insan həlak olub və yaralanıb.