TÜRKİYƏ ALİ MƏHKƏMƏSİNİN SƏDRİ VƏ ALİ MƏHKƏMƏNİN BAŞ PROKURORU NAXÇIVANDA İŞGÜZAR SƏFƏRDƏDİR

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Mehmet Akarca və Ali Məhkəmənin Baş prokuroru Bekir Şahinin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdədir.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.