TÜRKİYƏ ƏSGƏRLƏRİNİ ƏFQANISTANDAN GƏTİRƏN TƏYYARƏ ANKARAYA ENİB

Türkiyə sülhməramlılarının ilk qrupunu Əfqanıstandan gətirən təyyarə Ankarada eniş edib.

Təyyarə 345 nəfərdən ibarət şəxsi heyəti Esenboğa hava limanına çatdırıb.

Qeyd edək ki, ötən gün türkiyəli hərbçilərin 36 saat ərzində Əfqanıstandan çıxarılacağı bildirilmişdi.

Bu gün milli müdafiə naziri Hulusi Akar təxliyə prosesinin qısa zamanda başa çatdırılacağını vurğulayıb.