TÜRKDİLLİ DÖVLƏTLƏRİN İŞ ADAMLARI QARABAĞDAKI QURUCULUQ İŞLƏRİNƏ QATILACAQLAR

Türkdilli dövlətlərin iş adamları Qarabağda həyata keçirilən quruculuq işlərində iştirak edəcəklər.

Bu barədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyev TDƏŞ-in iqtisadiyyat nazirlərinin 10-cu iclası çərçivəsində keçirilmiş brifinqdə deyib.