Türkiyənin “Türk Hava Yolları” aviaşirkəti yanvarın 13-dən Qazaxıstana uçuşları bərpa edəcək.
Bunu şirkətin baş direktoru Bilal Ekşi “Twitter” səhifəsində yazıb.
“Yanvarın 13-dən Nur-Sultana, yanvarın 14-dən Aktauya, yanvarın 15-dən Türküstana uçuşlar başlayacaq” – deyə o bildirib.
Qeyd edək ki, Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişaf Nazirliyi Nur-Sultan şəhərinə “Lufthansa” və “Türk Hava Yolları” istisna olmaqla digər aviaşirkətlərin uçuşları bərpa etdiyini açıqlamışdı.