Türkiyənin “Türk Hava Yolları” şirkəti mayın 15-dən etibarən İstanbuldan Gəncə və Naxçıvana uçuşları bərpa etməyi planlaşdırır.
Bunu şirkətin Azərbaycandakı nümayəndəsi İlyas Seyfulla deyib.
Onun sözlərinə görə, İstanbul-Gəncə-Naxçıvan reysi həftədə iki dəfə, çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.