“TÜRK HAVA YOLLARI” BU GÜNƏ NƏZƏRDƏ TUTULAN 46 REYSİ TƏXİRƏ SALIB

“Türk Hava Yolları” (THY) aviaşirkəti yanvarın 22-də İstanbulda gözlənilən qar səbəbindən Sabiha Gökçen hava limanından həyata keçiriləcək 46 reysi təxirə salıb.
Bununla bağlı THY-nin mətbuat katibi Yahya Üstün özünün “twitter” hesabından açıqlama verib.
Y.Üstün sərnişinlərdən reyslərini əvvəlcədən yoxlamalarını tövsiyə edib.