TÜRK HAVA YOLLARI ƏFQANISTANA PLANLI UÇUŞLARI LƏĞV EDİB

Türk Hava Yolları şirəti Əfqanıstana bütün planlı uçuşları dayandırıb.

Bu barədə şirkət məlumat yayıb. Əfqanıstandakı Türkiyə vətəndaşlarının təxliyəsi üçünsə təyyarə göndərilib.

Xatırladaq ki, ötən gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstandakı Türkiyə vətəndaşlarına çağırış etərək, ölkəyə qayıtmaq istəyənlərin səfirliyə müraciət etmələrini bildirmiş, vətəndaşların təxliyəsi üçün bütün lazımi tədbirlərin görüldüyünü vurğulamışdı.

Qeyd edək ki, ötən gün Taliban silahlıları döyüşsüz ölkənin paytaxtı Kabili tutaraq bütün ölkədə nəzarəti ələ keçirdiyini elan edib. Bir çox ölkə vətəndaşlarının təxliyəsi üçün hərəkətə keçib.