TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATININ MƏNZİL-QƏRARGAHINDA BAYRAQLAR ENDİRİLİB

Yanvarın 10-da Qazaxıstanda elan edilmiş ümummilli matəm günü ilə əlaqədar Türk Dövlətləri Təşkilatının mənzil-qərargahında üzv və müşahidəçi dövlətlərin bayraqları yarıya qədər endirilib.

Bu barədə təşkilatın məlumatında bildirilir.

“Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin qərarı ilə yanvarın 10-da Qazaxıstanda ümummilli matəm elan edilib. Qardaş Qazaxıstanın hökuməti və xalqı ilə həmrəy olaraq Türk Dövlətləri Təşkilatı iğtişaşlar nəticəsində həlak olanlara görə başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayır”, – təşkilatın bəyanatında deyilir.