TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATININ HÖKUMƏTLƏRİ ARASINDA SADƏLƏŞDİRİLMİŞ GÖMRÜK DƏHLİZİNİN YARADILMASI HAQQINDA SAZİŞ TƏSDİQLƏNİB

Prezident İlham Əliyev “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb.

“Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” saziş 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanıb.