TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATI AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ İLƏ BAĞLI PAYLAŞIM EDİB

Türk Dövlətləri Təşkilatı rəsmi tviter hesabında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir: “31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə azərbaycanlı qardaşlarımızla birgə soyqırımı qurbanlarını ehtiramla anır, Türk Dövlətləri Təşkilatı olaraq bölgədə sülhün və əmin-amanlığın təmin edilməsi və insanlığa qarşı bu cür cinayətlərin təkrarlanmaması üçün fəaliyyətimizi davam etdirəcəyimizi bir daha bildiririk”.