“TURAZ QARTALI-2022” TƏLİMİNDƏ İŞTİRAK EDƏN HEYƏT TÜRKİYƏYƏ QAYIDIB

“TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimində iştirak edən qardaş ölkənin Hərbi Hava Qüvvələrinin şəxsi heyəti və texniki avadanlıqları Türkiyəyə yola salınıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, sentyabrın 5-dən ölkəmizdə keçirilən təlimdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin hərbi pilotları müxtəlif tapşırıqları uğurla yerinə yetiriblər.