TURAL RZAYEV ƏLCƏZAİRƏ SƏFİRİ TƏYİN EDİLİB – SƏRƏNCAM

Prezident İlham Əliyev Tural Anar oğlu Rzayevin Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı digər sərəncama əsasən, Tural Anar oğlu Rzayev Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında və eyni zamanda Sudan Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılıb.