“TRT HABER” TELEKANALI POSTMÜNAQİŞƏ DÖVRÜNDƏ CƏNUBİ QAFQAZDA VƏZİYYƏTƏ DAİR XÜSUSİ VERİLİŞ YAYIMLAYIB

Türkiyənin nüfuzlu “TRT Haber” telekanalı Azərbaycan-Ermənistan münasibətlərinə dair xüsusi veriliş yayımlayıb.

Tanınmış alimlər Özgür Tör və Toğrul İsmayıl otuz illik işğala son qoyulandan sonra bölgədə yaranmış yeni geosiyasəti vəziyyəti şərh ediblər.

Verilişdə keçmiş münaqişənin tarixi, onun yaranma səbəbləri, Ermənistanı işğalçılığa həvəsləndirən cəhətlər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun qazandığı parlaq Qələbə və onun qorunması prosesi, Zəngəzur dəhlizinin əhəmiyyəti, Türkiyənin Cənubi Qafqazdakı mövcudluğu və digər mühüm məsələlərə toxunulub.

Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması prosesinə dair danışıqlara dair videokadrların da əks olunduğu verilişdə türkdilli ictimaiyyətə mövzu ilə bağlı ətraflı məlumat verilib.