“TRT HABER” AGENTLİYİ 20 YANVAR FACİƏSİ İLƏ BAĞLI VİDEOÇARX HAZIRLAYIB

Türkiyənin “TRT Haber” agentliyi 20 Yanvar faciəsi ilə bağlı videoçarx hazırlayıb.

“Azərbaycanın qanlı günü: Qara Yanvar” adlı videoçarxda 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə baş verən hadisələr öz əksini tapıb.

Videoda Azərbaycanın müstəqillik yolunda qurban verdiyi, bu yolda ən ağrılı günlərdən birinin də 1990-cı il yanvarın 20-də meydana gəldiyi bildirilir. O gün sovet ordusunun tanklarla Bakıya daxil olaraq dinc əhalini qətlə yetirməsi haqqında məlumat verilir.