Toy və şənlik mərasimlərinin keçirildiyi məkanlarla bağlı tələblər açıqlanıb.
Səhiyyə nazirinin müavini, Respublikanın baş dövlət sanitariya həkiminin qərarı ilə şənlik mərasimlərində koronavirus infeksiyasının idarə olunmasina dair metodiki göstərişlər hazırlanıb.
Yeni tələblərə əsasən dəvətnamələr üzərində COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanın vacibliyi barədə xatırlatman qeyd edilməli və ya qonaqlara müəyyən olunmuş tələblərə dair yaddaş vərəqələri göndərilməlidir.