TOVUZDA ZƏLZƏLƏ OLUB

Tovuz rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə Respublika Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 3,5 bal gücündə olan zəlzələ yerli vaxtla saat 08:31-də baş verib.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.