Müdafiə Nazirliyi tərəfindən Tovuz döyüşlərinin ildönümü ilə əlaqədar mətbuat nümayəndələri üçün mediatur təşkil olunub.
Nazirlikdən bildirilib ki, media nümayəndələri bu ərazidə dislokasiya olunan hərbi hissədə xidmət edən, həmçinin Tovuz döyüşlərinin iştirakçısı olan hərbi qulluqçulardan müsahibələr götürüb və çəkilişlər aparıblar.
Hərbi qulluqçular dövlət sərhədinin Tovuz rayonu istiqamətində 2020-ci il iyulun 12-17-si tarixlərində atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində aparılan döyüş əməliyyatlarından xatirələrini media nümayəndələri ilə bölüşüblər.
Mediatur çərçivəsində mətbuat nümayəndələri, həmçinin şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi məqsədilə hərbi hissədə yaradılan yataqxana, tibb məntəqəsi, yeməkxana, mətbəx, silah otağı və hamam-sanitar qovşağı ilə də yaxından tanış olublar.