“Arkadaşım” obrazı ilə milyonları güldürən Tolga Çevik improvizə performansı ilə sentyabrın 17-də Bakıda tamaşaçıların qarşısına çıxacaq.
“Yönetmen” obrazını canlandıran Fırat Parlak və “Minik” ləqəbli musiqiçi Özer Atikin müşayiəti ilə tamamilə improvizasiya edilən şou Bakı Konqres Mərkəzində təqdim ediləcək.