Tokioda 32-ci Yay Olimpiya oyunlarının açılış mərasimi başlayıb.
Mərasim Yaponiya paytaxtının Olimpiya stadionunda keçirilir.
Qeyd edək ki, builki Olimpiya oyunları koronavirus pandemiyası ilə əlaqədar tamaşaçısız keçiriləcək.
32-ci Yay Olimpiya oyunlarında 207 ölkədən 11 300 idmançı çıxış edəcək. İdmançılar 33 idman növü üzrə 339 medal dəsti uğrunda mübarəzi aparacaq.
Azərbaycan olimpiya oyunlarında 14 idman növündə təmsil olunur. Yarışlarda 44 idmançı, 28 kişi. 16 qadın iştirak edəcək.
Olimpiya Oyunlarına avqustuna 8-də yekun vurulacaq.