TOKİO YAXINLIĞINDA GÜCLÜ ZƏLZƏLƏ OLUB

Yaponiyanın Toki şəhəri yaxınlığında 5,4 bal gücündə zəlzələ baş verib.

Bu barədə Yaponiyanın meteorologiya idarəsi məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanların episentri Tiba prefekturasının şimal-qərbində, ocağı isə 40 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.