TOKİO-2020: GÜLƏŞÇİMİZ ERMƏNİYƏ QALİB GƏLƏRƏK MEDAL QAZANDI

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda matçda Ermənistandan olan rəqibi Karapet Çalyana qalib gəlib.

R.Hüseynov 77 kiloqram çəki dərəcəsində 4-1 hesabı ilə rəqibini üstələyib.

Bu, Azərbaycanın Yay Olimpiya Oyunlarında qazandığı 3-cü bürünc medal olub.

Bundan əvvəl, cüdoçu İrina Kindzerskaya və boksçu Loren Alfonso Dominges bürünc medalla mükafatlandırılıb.