TOİVO KLAAR: AVROPA İTTİFAQI CƏNUBİ QAFQAZDA DAYANIQLI SÜLHÜN TƏMİN OLUNMASINI İSTƏYİR

Avropa İttifaqı Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasını istəyir.

Bunu Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar İstanbulda TRT Dünya Forumunda panel müzakirəsi zamanı deyib.

O qeyd edib ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması üçün hazırda imkan yaranıb.

“Lakin 30 il davam edən münaqişəyə görə tərəflər arasında güvən və etibar yoxdur.

Bunun formalaşması üçün zaman lazımdır. Avropa İttifaqı hər iki ölkə arasında güvən və etibarın yaranması üçün geniş şəkildə fəaliyyət göstərir. Türkiyə də Cənubi Qafqazda sülhün təmin olunmasında böyük rola sahibdir”, – deyə o əlavə edib.