Avropa İttifaqının (Aİ) mülki missiyası bu gün İrəvana gedəcək.
Bunu cümə günü Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar öz “Twitter” səhifəsində yazıb.
“Missiyanın məqsədi Azərbaycanla sərhəddə vəziyyətin monitorinqini aparmaq və iki ölkə arasında münasibətlərin normallaşmasını dəstəkləməkdir”, – deyə o yazıb.
Qeyd edək ki, missiyanın sərhəddə yerləşdirilməsi məsələsi oktyabrın 7-də Azərbaycan, Fransa prezidentləri, Aİ Şurasının sədri və Ermənistan baş nazirinin dördtərəfli görüşü zamanı müzakirə olunub.
Aİ və Fransa Azərbaycan ərazisində monitorinq keçirəcək missiya yaratmağa çalışsalar da, Azərbaycan bu fikrə qarşı çıxıb və bundan sonra missiyanın yalnız Ermənistan ərazisində fəaliyyət göstərməsi razılaşdırılıb.