TOFİQ HƏSƏNOV ƏDLİYYƏ GENERAL-MAYORU ALİ XÜSUSİ RÜTBƏSİNDƏN VƏ “VƏTƏN UĞRUNDA” MEDALINDAN MƏHRUM EDİLİB – SƏRƏNCAM

Tofiq Etibar oğlu Həsənov ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və “Vətən uğrunda” medalından məhrum edilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncam Tofiq Etibar oğlu Həsənovun ağır cinayətlər törətdiyinə görə məhkum olunması barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsi və Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin təqdimatı əsas götürülərək imzalanıb.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.