Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində ictimaiyyətlə əlaqələr üzrə 17 vakant yer var.
Bunu Milli Mətbuat Gününə həsr olunan tədbirdə TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova deyib.
O qeyd edib ki, TƏBİB-in tabeliyində 90 tibb müəssisəsi var: “Həmin xəstəxanalarda ictimaiyyətlə əlaqələr üzrə ştat vahidlərinin sayı 110-dur. Bu ştatlar üzrə hazırda 83 nəfər çalışır. Ümumilikdə isə bu sahə üzrə 17 yer vakantdır. Ştat vahidi olmayan yerlərin sayı isə 3-dür”.