“THREADS” İSTİFADƏÇİLƏRİ ÖZ PROFİLLƏRİNİ YALNIZ “INSTAGRAM” HESABI İLƏ BİRLİKDƏ SİLƏ BİLƏCƏKLƏR

“Twitter”ə rəqib kimi yaradılan “Threads” sosial şəbəkəsinin istifadəçiləri öz profillərini yalnız “Instagram” hesabı ilə birlikdə silə biləcəklər.

Bu barədə sosial şəbəkənin sahibi “Meta” korporasiyası məlumat yayıb.

Məlumata əsaəsn, istifadəçilərin istənilən vaxt “Threads” profilini deaktiv etmək imkanı var, lakin onu tamamilə silmək üçün “Instagram” hesablarını silməlidirlər.