TEYMUR MUSAYEV: AZƏRBAYCANDA YERLİ VAKSİNİN HAZIRLANMASI İLƏ BAĞLI İŞLƏR GÖRÜLÜR

Azərbaycanda da yerli vaksinin hazırlanması ilə bağlı işlər görülür.

Səhiyyə naziri Teymur Musayev jurnalistlərə bildirib ki, söhbət sırf SARS-CoV-2 əleyhinə vaksindən getmir.

O qeyd edib ki, vaksin istehsalı strateji istehsalatdır.

“Bu istiqamətdə aparılan işlər nəticəsində Azərbaycan istənilən halda mümkün olan pandemik çağırışlara çox çevik və effektiv cavab olaraq vaksin istehsalatını təmin edə bilər”, – deyə nazir bildirib.