Hazırkı dövr ərzində Azərbaycanda “omikron” ştammı qeydə alınmayıb.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Səhiyyə nazirinin birinci müavini, Səhiyyə nazirinin vəzifələrini icra edən Teymur Musayev deyib.
“Qonşu ölkələrdə bu ştamm qeydə alınıb. Azərbaycanda da bu ştammın yayılması zamanla bağlı məsələdir”, – deyə o bildirib.