TELEVİZİYA KANALLARINDA APARILAN DİL MONİTORİNQLƏRİNİN NƏTİCƏSİ AÇIQLANIB

Televiziya kanallarında aparılan monitorinqlər zamanı 6000 dil qüsuru qeydə alınıb.

Bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktor müavini Gülarə Əmirova “Televiziyaların dili monitorinq aynasında” adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, qeydə alınan dil qüsurlarından 4753-ü hesabata daxil edilib.

“Onlardan 1017-si orfoepik, 233-ü orfoqrafik, 1346-sı leksik, 651-i qrammatik, 1506-sı isə üslub və ifadə səhvidir”, – G.Əmirova deyib.