Azərbaycanda reytinqlərin ölçülməsi ilə bağlı problem həllini tapıb.
Bunu bu gün Audiovizual Şuranın sədri İsmət Səttarov “Audiovizual media məkanında reklam fəaliyyəti” mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.
O bildirib ki, bu sahədə müasir texnologiyalardan istifadə olunacaq.
“Artıq reytinqlərin ölçülməsi ilə bağlı müvafiq şirkət yaradılıb və yaxın 2 həftə ərzində sözügedən şirkətin açılışı olacaq”, – İ.Səttarov əlavə edib.